Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, azarkeşlər arasında aparılan səsvermənin qalibi "Bavariya"nın futbolçusu Serj Qnabri olub. 24 yaşlı yarımmüdafiəçi qrup mərhələsinin II turunda İngiltərədə "Tottenhem"lə matçda 4 qol vuraraq pokerə imza atıb.
Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 7:2 hesablı qələbəsi ilə bitib.
Fanat.Az