Kütləvi Futbol Həftəsinə yekun vuruldu

Kütləvi Futbol Həftəsinə yekun vuruldu

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Şamaxı şəhər stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

Fanat.Az xəbər verir ki, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçirib.

Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, Şamaxı Regional Futbol Məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı birlikdə təqdim edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər