Kris Vud 2022-ci ilin ən yaxşı futbolçusu elan edildi

Kris Vud 2022-ci ilin ən yaxşı futbolçusu elan edildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Okeaniya Futbol Konfederasiyası (OFC) üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, İFFHS-ın versiyasına görə, bu ada Yeni Zelandiya millisinin və İngiltərənin “Nottingem Forest” klubunun hücumçusu Kris Vud layiq görülüb.

OFC-də ilin ən yaxşı gənc futbolçusu isə Danimarkanın “Kopenhagen” klubunun yeni zelandiyalı yarımmüdafiəçisi Marko Stameniç seçilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər