"Yuventus"un (Juventus) müdafiəçisi Daniele Ruqaninin (Daniele Rugani) sevgilisi Mikela Persikoda (Michela Persico) da koronavirus (coronavirus) aşkarlanıb.
Fanat.Az xəbər verir ki, Persiko instaqram hesabı vasitəsilə bu barədə məlumat yayıb:
"Koronavirus analizimin nəticəsi pozitiv çıxdı, amma məndə xəstəliyin simptomları yoxdu. Özümü yaxşı hiss edirəm. Dəstəyiniz və mesajlarınız üçün hamınıza təşəkkür edirəm".
Martın 12-də Ruqaninin koronavirusa yoluxduğu məlum olmuşdu.
Fanat.Az