"Bayern Münhen"in yeni baş məşqçisi Vensan Kompani Almaniya nəhənginin futbolçularına aşılamaq istədiyi oyun fəlsəfəsindən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini münhenlilərin mətbuat xidməti belə çatdırıb:
"Mən Brüsselin küçələrində, "Anderlext"in akademiyasında böyümüşəm. Biz komanda olmalıyıq. İstəyirəm ki, oyunçularım cəsarətli görünsünlər, aqressiv çıxışla diqqət çəksinlər. Hədəfim komandanın mənim xarakterimə uyğun futbol sərgiləməsidir. Bunu bütün oyunlarda görməkdə maraqlıyam".
Qeyd edək ki, "Bayern" Kompanini dünən baş məşqçi postuna təyin edib. O, 2023/24 mövsümünün yekunlarına əsasən, 19-cu yeri tutaraq İngiltərə Premyer Liqasını tərk edən "Börnli"ni Almaniya təmsilçisinə dəyişib.
Nihat