Komandaya hirslənən prezident mövsüm bitmədən futbolçuları tətilə göndərdi

Komandaya hirslənən prezident mövsüm bitmədən futbolçuları tətilə göndərdi
Yunanıstanın "Olimpiakos" klubunun prezidenti Evangelos Marinakis komandaya hirslənərək ilginc qərar verib. Fanat.Az xəbər verir ki, nəticələrdən narazı olan klub rəhbəri "Levadiakos"la 1:1 hesabı ilə yekunlaşan matçdan sonra mövsüm bitmədən bütün komandanı tətilə buraxıb və futbolçuları 400 min avro cərimə edib.
Evangelos Marinakis futbolçulara "Mənim və azarkeşlərin arzuladığı komanda üçün sizi tətilə yollayıram. Siz sadəcə gözəl evlərinizi düşünürsünüz və komanda üçün narahat deyilsiniz. Aşağı yaş qruplarındakı uşaqlarımız və azarkeşlər komandanı sizdən çox sevir. Mən sizə milyonlar ödəyirəm, hər şeyə sahibsiniz. Sizə görə 3 baş məşqçini istefaya göndərdim. Amma görünür problem sizsiniz" deyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər