"Kokorin futbolçudan başqa kimi desən, xatırladır"

"Kokorin futbolçudan başqa kimi desən, xatırladır"

"Fiorentina"nın sabiq futbolçusu Massimo Orlando "bənövşəyilər"in İtaliya A Seriyasının 7-ci turunda "Napoli"dən aldığı məğlubiyyəti (1:2) şərh edib.

Fanat.Az xəbər verir ki, "Violanews" onun söylədiklərini belə çatdırıb:

"Hesab 1:2 olana qədər "Fiorentina" zəif görünmürdü. Hətta qələbə qazana biləcəyini də güman etmək olardı. İlk yarıda meydan sahibləri yaxşı təsir bağışladı. Yeganə problem çox hündürboy müdafiəçilər idi. Rəqibin heyətində Viktor Osimhen kimi sürətli oyunçu varsa, ağır müdafiə xətti istər-istəməz əlavə çətinlik yaradır. Baş məşqçi Vinçentso İtalyano belə məqamlara diqqət yetirməlidir. 

Ümumilikdə "Fiorentina" mövsümə pis başlamayıb. Beşinci yerdə olduğumuza sevinmək lazımdır. Komanda yaxşı mübarizə aparır, biz isə vaxtımızı şən keçiririk. Kokorin? Onu nə vaxt meydanda görürəmsə, mənə futbolçudan başqa kimi desən, xatırladır".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər