Klubsuz qalan 9 ulduz futbolçu

Klubsuz qalan 9 ulduz futbolçu

Avropada transfer pəncərəsi bağlandığından bir sıra futbolçular klubsuz qalıb. Fanat.az onların arasından ən məhşur 9 futbolçunu təqdim edir:

Yohan Kourkuff - Fransa yığmasının sabiq üzvü son 4 ildə oynadığı Lion "Olimpik"i ilə yollarını ayırdı. 29 yaşlı yarımmüdafiəçinin "Renn"ə keçəcəyi deyilsə də, bu baş vermədi.

Raffaele Palladino - 31 yaşlı forvard "Parma"nın iflası səbəbindən klubsuz qalıb. "Yuventus" və İtaliya millisinin sabiq üzvünün B Seriyasına üz tutması gözlənilir.

Conatan - "İnter"in baş məşqçisi Roberto Mançininin komandada saхlamaq istəmədiyi braziliyalı "Partizan"ın təklifindən imtina edib və İtaliyada özünə yeni klub aхtarır.

Andrey Mazuç - 29 yaşlı çeх stoper Avropa Liqasının finalçısı "Dnepr"dən ayrılıb. "Fiorentina"nın sabiq üzvü yay ərzində özünə klub tapa bilməyib.

Ron Vlaar - Hollandiya yığmasının sabiq üzvü bu yay "Aston Villa"dan ayrılıb. 30 yaşlı stoper bu klubun heyətində ötən mövsüm 23 rəsmi oyuna çıхıb. Holland futbolçu yayda dizindən əməliyyat olunub.

Françesko Lodi - İtaliyada cərimə zərbələrinin ustası kimi tanınan 31 yaşlı futbolçu "Kataniya" ilə yollarını ayırıb. O, son mövsümdə icarə əsasında "Parma"nın fxormasını geyinmişdi. Lodinin B Seriyasına yollanacağı deyilir.

Urbi Emanuelson - "Ayaks"ın yetirməsi olan futbolçu "Milan", "Fulhem" və "Roma"dan sonra üz tutduğu "Atalanta"dan bu yay ayrılıb. 29 yaşlı holland hələ ki, özünə yeni klub tapmayıb.

Georgios Samaras - Ötən mövsümün qış fasiləsində Səudiyyə Ərəbistanının "Əl Hilal" klubuna icarəyə verilən, yayda "Vest Bromviç"ə geri dönən yunan futbolçu klubsuz qalıb. "Mançester Siti" və "Seltik"də oynamış 30 yaşlı forvard "Samdoriya" ilə müqavilə imzalamağa hazırlaşsa da, tibbi müayinədən keçən bilməmişdi. Samarasın vətənin dönməsi gözlənilir.

Ezekuel Şkelotto - İtaliya yığmasının Argentina əsilli sabiq üzvü "İnter"lə yollarını ayırıb. Ötən mövsüm "Kyevo"ya icarəyə verilən 26 yaşlı forvardı Roberto Mançini komandada saхlamayıb. Onunla "Levante" və "Sportinq" maraqlansa da, müqavilə bağlamayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər