Klublara cərimə, futbolçulara və məşqçiyə cəza

Klublara cərimə, futbolçulara və məşqçiyə cəza
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, İK Topaz Premyer Liqanın 16-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Topaz Premyer Liqasının XVI turunun "Sabah” – "Qəbələ” matçının 25-ci dəqiqəsində  "Sabah"ın futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub Oyunun  90+5-ci dəqiqəsində "Qəbələ”nin rəsmi protokolda baş məşqçisi Zaur Haşımov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat сərimə olunub.
Topaz  Premyer Liqasının XVI turunun "Sumqayıt” – "Qarabağ” matçında  "Sumqayıt”ın 5 , "Qarabağ”ın  4 futbolçusu  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub..
Topaz  Premyer Liqasının XVI turunun "Səbail” – "Zirə” matçının 81-ci dəqiqəsində  "Səbail”in futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz  Premyer Liqasının XVI turunun "Neftçi” – "Keşlə” matçında  "Keşlə"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər