Klub bütün ölkəni aldatdı: Öldüyü deyilən futbolçu sağ imiş

Klub bütün ölkəni aldatdı: Öldüyü deyilən futbolçu sağ imiş
İrlandiyada qeyri-adi hadisə baş verib.
Fanat.Az xəbər verir ki, bir neçə gün əvvəl Leynster Senior Liqasının iştirakçılarından olan "Ballibrak" klubunun futbolçusu Fernando Nuno La Fuentenin vətəni İspaniyada yol qəzası zamanı həlak olduğu açıqlanmışdı.
Leynster Senior Liqasının baş katibi Pat Kieran "The Herald" qəzetina açılamasında Nuno Le Fuentanın ölkəsində öldüyünü təsdiqləmişdi. Bundan sonra "Ballibrak"ın "Arklov"la matçı təxirə salınmış, bundan başqa liqadakı digər oyunlardan öncə futbolçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və oyunçular meydana qara sarğı ilə çıxmışdı.
Bütün bunlar baş verərkən klubun rəsmi bir cənazə mərasimi ilə bağlı açıqlama verməməsindən şübhələnən liqa rəhbərliy araşdırmalara başlayıb. Məlum olub ki, Nuno La Fuente ölməyib və İspaniyadakı evinə yollanıb. 
Leynster Senior Liqasının rəhbərliyi olayla bağlı açıqlama yayıb və araşdırmaların başladığını bildirib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər