Kloppdan şok qərar: Ulduz futbolçunu qovdu

Kloppdan şok qərar: Ulduz futbolçunu qovdu

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Mario Balotellidən imtina edib. Fanat.az xəbər verir ki, alman mütəxəssis italiyalı futbolçunun komandasında oynayacaq səviyyədə olmadığını bildirib.

Luis Suaresin "Barselona"ya keçidindən sonra "Liverpul" Balotellini böyük ümidlərlə transfer etmişdi. Lakin ümidləri doğrultmayan futbolçu "Milan"a icarəyə verilmişdi.

"Milan"la icarə müqaviləsi başa çatan italiyalı futbolçu "Liverpul"a dönüb və komandanın hazırlığına qatılıb. Lakin Yurgen Klopp ondan razı qalmayıb. Alman mütəxəssis yeni mövsümdə onu komandada görmək istəmir. Bu qərarı Balotellinin də diqqətinə çatdırdığını deyən baş məşqçi "Mario hazırda hücum xəttindəki futbolçularla rəqabət aparacaq səviyyədə deyil. Hər kəs üçün ən yaxşısı karyerasını başqa klubda davam etdirməsidi. Onu transfer etməkdən xoşbəxt olacaq bir klubun olduğunu düşünürəm" deyə bildirib.

Məlumata görə, hazırda Balotellinin transferini ən çox istəyən "Sampdoria"dı. Klubun prezidenti Massimo Ferrero bir neçə gün əvvəl "Sampdoria" Marionun karyerasında yenidən partlayış yaratması üçün ən mükəmməl klubdu" demişdi. 

Qeyd edək ki, "Liverpul" 2014-cü ildə Balotellini "Milan"dan 20 milyon avroya alıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər