"Bavariya"nın yarımmüdafiəçisi Tyaqo Alkantara karyerasını "Liverpul"da davam etdirə bilər.
Fanat.Az "Sport Bild"in futbol bölməsinin rəhbəri Kristian Falkın "Twitter" hesabına istinadən xəbər verir ki, baş məşqçi Yürqen Klopp Tiaqonu komandasında görmək istədiyini rəhbərliyin nəzərinə çatdırıb.
29 yaşlı futbolçu da "Liverpul"a keçmək niyyətindədi. Tərəflər arasında müqavilənin şəxsi detallarının artıq razılaşdırıldığı bildirilir.
"Bavariya"nın Tyaqo üçün müəyyənləşdirdiyi transfer dəyəri keçidin reallaşmasına əngəl törədir. Münhen klubu 40 milyon avro tələb edir, "mersisaydlılar" isə maksimum 25 milyon ödəməyə hazırdı.
Daha əvvəl ispan oyunçunun Münhendəki evini satışa çıxardığına dair xəbərlər yayılmışdı.
Fanat.Az