"Keşlə"nin sabiq futbolçusu baş məşqçi təyin olundu, 4 gün sonra qovuldu

"Keşlə"nin sabiq futbolçusu baş məşqçi təyin olundu, 4 gün sonra qovuldu
"Keşlə"nin (keçmiş "İnter") sabiq futbolçusu Mixail Makovski baş məşqçi təyin edildikdən 4 gün sonra istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis Belarusun "Molodeçno" klubuna baş məşqçi təyin edilib. Fevralın 16-da azarkeşlər və mətbuatla keçirilən görüşə isə içkili gəlib. Makovski içkili olduğunu etiraf edib. Klub rəhbərliyi isə onu komandadan kənarlaşdırıb. Baş məşqçi postuna isə qardaşı Vladimir Makovski təyin edilib.
Vladimir Makovski danışılmış oyunların təşkilində günahlandırılaraq 2017-ci ildə həbs olunub, 2 il azadlıqdan məhmur edilib və 5 il futboldan kənarlaşdırılıb. Bu faktla əlaqədar ictimaiyyətin etiraz etdiyindən, "Molodeçno"nun baş məşqçi vəzifəsinə Valeri Vetrov təyin olunub. 
Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları 2004-2006-cı illərdə indi "Keşlə" adlanan Bakının "İnter" klubunda oynayıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər