"Keşlə"nin futbolçusu Afrikaya çağırıldı

"Keşlə"nin futbolçusu Afrikaya çağırıldı
"Keşlə" klubunun futbolçusu Con Kamara Syerra-Leone millisinə dəvət alıb.
31 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Liqasının seçmə mərhələsində Lesoto və Benin yığmaları ilə oyunlar üçün komandaya çağırılıb. 
Qeyd edək ki, Syerra-Leonenin Lesoto komandası ilə görüşü noyabrın 11-də, Beninlə matçı isə noyabrın 19-da baş tutacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər