"Keşlə"nin baş məşqçisi: "Rəqib yaxşı futbolçulara malikdi"

"Keşlə"nin baş məşqçisi: "Rəqib yaxşı futbolçulara malikdi"
"Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçi əvəzi Zaur İsmayılov klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində Albaniya "Laçi"si ilə matçı dəyərləndirərkən deyib. 
Mütəxəssis artıq rəqibi təhlil etməyə başladıqlarını söyləyib. İsmayılov "Laçi"nin çox yaxşı futbolçulara malik kollektiv olduğunu söyləyib: "Bütün xəttlərdə güclü oyunçuları var”.
Qeyd edək ki, "Keşlə" - "Laçi" matçı avqustun 27-də "ASK Arena"da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər