Aleksandr Kristavaonun Azərbaycan karyerası başa çatdı. "Keşlə” tezliklə anqolalı hücumçuyla yollarını ayırdığını rəsmən açıqlayacaq.
Fanat.Az xəbər verir ki, hücumçu hazırda Hollandiyadadı. Bu ölkənin də vətəndaşı olan Aleksandr klubdan icazə almadan ailəsini görməyə gedib.
Onun Premyer Liqanın ilk turundan sonra yaranan fasilədən istifadə edərək qaçdığı barədə xəbərlər dolaşırdı. Bu haqda informasiya yayıldıqdan sonra Kristavao geri dönəcəyini demişdi: "Mən "Keşlə” ilə müqavilə imzalamışam və müqaviləm davam etdikcə, orda qalacam. Hazırda Hollandiyadayam. Mən şəxsi məsələlərlə bağlı ölkəmizə gəlmişəm. 5 iş günü ərzində pasport almalı idim. "Keşlə” də əla bilir ki, bunun üçün hazırda buradayam. Həmçinin də uzun müddətdir ki, ailəmi görmürdüm. Onları da görmək istədim. Milli komandalara görə yaranan fasilə bunun üçün fürsət oldu. Klub da bilir ki, 6 sentyabrda yenidən Azərbaycana qayıdacam. Necə qaça bilərəm ki, mənim hər şeyim , evim Azərbaycandadır, Bakıda qalıb. Klub bilet məsələsini həll etdikdən sonra Azərbaycana gəlirəm”.
Artıq vəd edilən vaxt arxada qalıb və hücumçu geri dönməyib. Əldə etdiyimiz məlumata görə, klub bu məqamdan yararlanaraq futbolçuyla müqaviləni pozmaq niyyətindədi. Hazırda futbolçunun meneceriylə danışıq aparılır və anlaşmaya qarşılıqlı xitam verilməsinə çalışılır.
Kristavao müqavilə birtərəfli pozulacağı halda "Keşlə”dən şikayət edəcəyini deyib. O, kompensasiya almaqda israrlıdı. Lakin onun intizamla bağlı problemləri olduğunu, klubun düşərgəsini icazəsiz tərk etməsini və vaxtında geri dönməməsini nəzərə alsaq, istəyinə çatacağı şübhəlidi.
İstənilən halda, bu məsələ problemsiz bitməyəcək. "Keşlə”nin baş məşqçisi Yunis Hüseynov oyunçunu heyətdə görmək istəmədiyini mətbuata bildirib. Klub da tezliklə əməli addım atacaq, amma sonra iş FIFA-da çəkişməyə kimi gedə bilər. Ümid edirik, bakılılar hüquqi işlərdə ehtiyatlı davranacaq.
Kristavao oyunçu kimi "Keşlə” üçün faydasız biri olub. İlin əvvəlində gələn hücumçu ötən mövsüm 6 oyunda forma geyib, cari çempionatın ilk turunda da start heyətdə olub. Avropa Liqasında "Laçi”yə qarşı da start heyətdə mübarizə aparan futbolçunun hesabında qol yoxdu.

Ümumiyyətlə, "Keşlə” 27 yaşlı hücumçunun karyerasında 10-cu klubdu. İndiyədək heç yerdə bir mövsümdən artıq keçirməyən, bəzən ildə 2 klub dəyişən Aleksandr xaraktercə problemli biridi. Məhz xasiyyəti üzündən o, Azərbaycan karyerasını da qalmaqalla qapayır. Bu məqamda maraqlı olan klubun onu niyə transfer etməsidi. Futbolçunu heyətə qatarkən onunla bağlı məlumat toplamaq, dosyesinə baxmaq lazım idi. (Futbolinfo.az)
Fanat.Az