"Keşlə" daha bir yerli futbolçuyla vidalaşdı - AÇIQLAMA

"Keşlə" daha bir yerli futbolçuyla vidalaşdı - AÇIQLAMA
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Keşlə" yerli futbolçulardan daha biri ilə əməkdaşlığa son qoyub.
Bunu Fanat.Az-a açıqlamasında komandanın baş məşqçisi Tərlan Əhmədov deyib. O, Latviyanın "Dauqavpils" klubundan gələn yarımmüdafiəçi ilə - Tural Bayramlı ilə yolların ayrılmasına belə izah verib:
"Onun artıq 22 yaşı var. Bizə daha gənc oyunçular lazımdı. Çıxış etdiyi mövqedə 3 oyunçu oynada bilərik ki, bunların da hər biri məlum yaş limitinə düşür. Turalla yolların ayrılmasını bu səbəbdən məqsədəuyğun saydım".
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər