Kasilyas dünya futbolunda yeni tarix yazdı

Kasilyas dünya futbolunda yeni tarix yazdı
"Portu”nun qapıçısı İker Kasilyas dünya futbolunun tarixinə düşüb. 
 
Fanat.Az xəbər verir ki, ispaniyalı əlcək ustası Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Şalke”yə qarşı keçirilən matçda start heyətində yer alıb. 
Bununla da o, Çempionlar Liqasında 20-ci mövsüm forma geyən ilk futbolçu olub.
Qeyd edək ki, ÇL-də 1999-cu ildə "Real”ın heyətində debüt edən Kasilyas turnirdə 168 oyuna çıxıb və 3 dəfə çempionluğu bayram edib. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər