Karyerasında 31 titul olan ulduz futboldan getdi - Özü açıqladı

Karyerasında 31 titul olan ulduz futboldan getdi - Özü açıqladı

İspaniya millisinin sabiq futbolçusu Tyaqo Alkantara karyerasını bitirdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, o, qərarını sosial şəbəkə hesabı vasitəsilə elan edib:

“Sağ ol, futbol. Məni müşayiət edən və bu yolda daha yaxşı oyunçu və insan olmağıma kömək edən hər kəsə minnətdaram. Tezliklə görüşərik. Tyaqo”.

33 yaşlı Alkantaranın son klubu iyunda tərk etdiyi "Liverpul" olub. Bundan əvvəl 33 yaşlı yarımmüdafiəçi "Bayern Münhen" və "Barselona"da çıxış edib.

Alkantara 4 dəfə İspaniya çempionu olub, 7 dəfə Bundesliqanın qalibi olub, həmçinin "Barselona" və "Bayern" ilə Çempionlar Liqasını da qazanıb. Ümumilikdə onun klub səviyyəsində 31 titulu var.

Tyaqo İspaniya millisində 46 oyun keçirib və 2 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər