"Real Madrid" İtaliya A Seriyasından futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, söhbət "Napoli"nin yarımmüdafiəçisi Fabiana Ruisdən gedir.
Məlumatı insayder Nikolo Skira "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, 25 yaşlı ispan futbolçunun transferində baş məşqçi Karlo Ançelotti şəxsən maraqlıdır. Ruis özü də La Liqaya qayıtmaq fikrindədir.
Qeyd edək ki, o, vətəninin "Betis" (2014-2018) və "Elçe" (2017-2018) klublarında da çıxış edib.