Karantin qaydalarını pozan futbolçu komandadan qovuldu

Karantin qaydalarını pozan futbolçu komandadan qovuldu
Belçikanın "Ostende" klubu futbolmusu Fabris Ondoanln müqaviləsinə xitam verib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayb. Bildirilib ki, kamerunlu qolkiperin komandadan qovulmasına koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.
Hadisə ötən həftə baş verib. 24 yaşlı qolkiperin evindən çox səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu üzə çıxıb.
Hadisə yerinə gəlmiş polislər qonaqların hücumuna məruz qalıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər