"İnter" "Brügge"nin futbolçusunu alır.
Fanat.Az xəbər verir ki, söhbət müdafiəçi Tayon Byükenendən gedir.
"HLN Sports"un məlumatına görə, A Seriyası təmsilçisi 24 yaşlı futbolçu üçün 15 milyon avro ödəməyə hazırdır. Kanadalı oyunçu Denzel Damfrisə əvəzedici olaraq alınır.
Qeyd edək ki, Belçika klubuna 2021-ci ildə "Nyu İnqland Revolyuşion"dan transfer edilən Tayon bütün turnirlərdə 45 matçda meydana çıxıb, 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Röya