Kamavinqa birdəqiqəlik sükut zamanı gülümsəyən futbolçunu dəstəklədi

Kamavinqa birdəqiqəlik sükut zamanı gülümsəyən futbolçunu dəstəklədi

Fransa millisinin yarımmüdafiəçisi Eduardu Kamavinqa AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən matçdan - Niderlandla oyundan (2:1) öncə elan edilən birdəqiqəlik sükut zamanı gülümsəyən Jan-Kler Todibonu dəstəkləyib.

Fanat.Az xəbər verir ki, "Real Madrid"in futbolçusunun sözlərini "RMC Sport" belə çatdırıb:

"Vəziyyətin dərinliklərindən xəbərdar deyiləm, amma siz başa düşməlisiniz ki, Todibo Fransa millisinin üzvüdür və yaxşı insandır. Sadəcə olaraq onun davranışı yanlış anlaşılıb".

Xatırladaq ki, Niderlandla matçda "xoruzlar"ın hər iki qolunu Kilian Mbappe vurub. Bu qələbə sayəsində Fransa AÇ-2024-ün final mərhələsinə vəsiqəni təmin edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər