Jorjinyo məyusdur: "Futbol sadəcə idman növü deyil"

Jorjinyo məyusdur: "Futbol sadəcə idman növü deyil"

İtaliya millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo yığmanın dünya çempionatına çıxa bilməməsinə münasibət bildirib. 

Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə "İnstagram" səhifəsində paylaşım edib:

"Həyatda olduğu kimi, futbolda da qazanmaq və uduzmaq olur. Daha çox acı verən və iz qoyan məğlubiyyətlər var... İnanın, mənim məyusluğum təsəvvür etdiyinizdən də güclüdür. Amma futbol sadəcə idman növü deyil, həm də dəyərlər məktəbidir. Təslim olmamağı, səhvlərdən nəticə çıxarmağı, çətin anlarda bir yerdə qalmağı öyrədir”.

Xatırladaq ki, İtaliya millisi Qətərdə keçiriləcək DÇ-2022-nin pley-offunun yarımfinalında Şimali Makedoniya yığmasına 0:1 hesabi ilə uduzaraq mundialla vidalaşıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər