İtaliyada futbolçular oyunların günorta saatlarında keçirilməsinə qarşıdı

İtaliyada futbolçular oyunların günorta saatlarında keçirilməsinə qarşıdı
İtaliya Futbolçular Assosiasiyasının vitse-prezidenti Umberto Kalkanyo iyun və iyul aylarında A Seriyası oyunlarının saat 16:30-da keçirilməsinə qarşı çıxıb.
Fanat.Az xəbər verir ki, Kalkanyo "La Repubblica"ya açıqlamasında qeyd edib:
"Yayın qızmar vaxtınnda günorta saatlarında oyunların keçirilməsindən söhbət belə gedə bilməz. Klub prezidentləri ancaq teleyayım hüquqları, reytinqləri yox, oyunçuların sağlamlığı və təhlükəsizliyini də nəzərə almalıdılar.
18:45 və 21:00-a planlaşdırılan oyunlara isə qarşı deyilik".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər