İtaliya nəhəngi Qvardiolanın istəmədiyi futbolçuya elçi düşdü

İtaliya nəhəngi Qvardiolanın istəmədiyi futbolçuya elçi düşdü

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın gələcək planlarına daxil olmayan müdafiəçi Emerik Laport karyerasını İtaliya nəhənginin sıralarında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Stampa" yayıb.

Xəbərə görə, Laportun xidmətində "Yuventus" maraqlıdır. Mənbə Turin təmsilçisinin 29 yaşlı futbolçunu sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürməyi nəzərdən keçirdiyini vurğulayıb. Sözügedən oyunçunun "Arsenal" və "Atletiko Madrid"in də transfer siyahısında olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Laport geridə qalan mövsümdə İngiltərə premyer Liqasında MS forması ilə 12 matça çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər