İtaliya nəhəngi amerikalı futbolçusunu satışa çıxarır

İtaliya nəhəngi amerikalı futbolçusunu satışa çıxarır

"Yuventus" yarımmüdafiəçilərindən birini satmağa hazırdır.

Fanat.Az xəbər verir ki, söhbət Ueston Makkennidən gedir. 

Bu iddia insayder Nikolo Skiraya məxsusdur. Onun iddiasına görə, futbolçu yanvarda Turin klubunu tərk edə bilər. "Yuventus" artıq amerikalını vacib oyunçu hesab etmir.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Turin klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər