"Yuventus" "Lill"in vingeri Timoti Veanı transfer etmək üçün çalışmalara başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
23 yaşlı amerikalı futbolçunun cari müqaviləsi gələn il başa çatır ki, bu da onu transfer bazarında axtarılan şəxsə çevirir. Mənbənin məlumatına görə, "Yuventus" Vea ilə potensial müqavilənin şərtlərini öyrənmək üçün "Lill"lə əlaqə saxlayıb.
Timoti keçən mövsüm "Lill"in heyətində bütün yarışlarda 32 oyuna çıxıb, iki məhsuldar ötürmə edib və qol vurmayıb. PSJ akademiyasının məzununun qiyməti "Transfermarkt"ın ekspertləri tərəfindən 12 milyon avro dəyərində qiymətləndirilib.
Mirağa