İtaliya millisinin sabiq üzvü 1 illik futboldan uzaqlaşdırıla bilər

İtaliya millisinin sabiq üzvü 1 illik futboldan uzaqlaşdırıla bilər
İtaliya millisinin sabiq üzvü Cüzeppe Rossi futboldan uzaqlaşdırıla bilər.
Fanat.Az xəbər verir ki, ötən mövsüm "Cenoa"da çıxış edən futbolçu dopinq-testdə ilişib.
İtaliyanın Antidopinq Agentliyinin məlumatına görə, 31 yaşlı futbolçudan ötən mövsümün son turunun "Benevento” ilə oyundan sonra götürülən testlərin nəticəsi müsbət çıxıb. Rossinin bir il futboldan uzaqlaşdırılacağı gözlənilir.
Qeyd edək ki, karyerası ərzində "Nyukasl”, "Mançester Yunayted”, "Vilyarreal”, " Fiorentina”, "Cenoa” kimi klubların şərəfini qoruyan hücumçu İtaliya millisində 29 oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər