İtaliya klubu "Mançester Yunayted"in futbolçusunu bu qiymətə almağa hazırdır

İtaliya klubu "Mançester Yunayted"in futbolçusunu bu qiymətə almağa hazırdır

Mançester Yunayted"in yarımmüdafiəçisi Skott Maktominey karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən "Sky Sports"un jurnalisti Dharmeş Şet yayıb.

Məlumata görə, 27 yaşlı oyunçunun xidmətində "Napoli" maraqlıdır. Mənbə Neapol təmsilçisinin Maktomineyi 25 milyon avroya almağa hazır olduğunu, eyni zamanda onu icarəyə götürmək variantına da müsbət yanaşdığını vurğulayıb.

Xatırladaq ki, Maktominey MY-nin öz yetirməsidir. Onun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsüm 43 qarşılaşmaya çıxan şotland oyunçu 10 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər