İtaliya futbolunda ilk yaşanacaq

İtaliya futbolunda ilk yaşanacaq

Maria Kaputi növbəti mövsümdən etibarən İtaliya A Seriyasında hakimlik edən ilk qadın olacaq.

Fanat.Az xəbər verir ki, 31 yaşlı xanım Kaputi keçən il İtaliya kubokunda "Kalyari" ilə "Sittadella" arasındakı matçda fit çalmaqla ilkə imza atmışdı. 

İtaliya Hakimlər İttifaqının (AIA) sədri Alfredo Trentalanqe bu barədə fikirlərini bildirib: "Bu, tarixi məqamdır və biz çox məmnunuq. Amma bir qadının varlığına heyran olmaq gərəkdiyini düşünmək də kədərlidir. Onlar kişilərin etdiyi işi görürsə, buna təəccüblənmək, həmin qadına heyranlıqla baxmaq yersizdir. Təəssüf ki, liqamızda bir qadının matç idarə edəcəyinə sevinirik. Açığı, Marianın irəli çəkilməsi imtiyazdan deyil, ləyaqətdən irəli gələn bir inkişafdır”.

Maria Ferrieri Kaputi 2007-ci ildə AIA-ya qoşulub və 2015-ci ilə qədər regional matçları idarə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər