İsveçrənin 2-ci liqa klubu “Lozan Uşi”nin futbolçusu Elia Alessandrini dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb:
“Elia Alessandrini üçün yas tuturuq. Ailə dostunu, komanda yoldaşını və hər kəs üçün nümunə olan birini itirdik”.
Futbolçunun Omanda keçirdiyi tətil zamanı hovuzda çimərkən öldüyü bildirilib.