İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırdı - FOTOLAR

İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırdı - FOTOLAR
İsveçrə "Syon"unun rəhbərliyi mövsümün ilk yarısının sonuncu pillədə başa vuran komandanın futbolçularını cəzalandırıb. 
Klub prezidenti Kristian Konstantinin əmri ilə bütün heyət Fransanın cənubunda keçirdikləri hazırlıq prosesi zamanı hərbi rejimli toplanışa cəlb olunub.
Futbolçular baş məşqçi Qabi Qarsiyanın rəhbərliyi altında məşqlərə hər səhər saat 5:30-da bellərində çanta ilə qaçaraq start verirlər. Məşqlərə bir nəfər geciksə, bütün komanda cəzalanır. Onlar konserv yeyərək, dolanırlar. Bəzi oyunçular əvvəlcə bu qaydalardan qorxsalar da, get-gedə alışmağa başlayıblar. Baş məşqçi də eyni şərtlər altında çalışır.
Qeyd edək ki, İsveçrə Super Liqasında 19 turdan sonra "Sion" 17 xalla 10 komanda arasında sonuncu pillədə yer alıb. Komandanın heyətində müqavilə üzrə Türkiyə "Fənərbağça"sına məxsus Salih Uçan da yer alıb. 24 yaşlı yarımmüdafiəçi yanvarın 6-da doğum gününü məhz hərbi rejimdə keçirib. (report)
Fanat.Az
İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırdı - FOTOLAR İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırdı - FOTOLAR İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırdı - FOTOLAR İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırdı - FOTOLAR İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırdı - FOTOLAR İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırdı - FOTOLAR İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırdı - FOTOLAR İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırdı - FOTOLAR İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırdı - FOTOLAR
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər