İspaniyanın "Real Sosyedad" klubunun futbolçusu Luka Sanqalli insult keçirib.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytında 23 yaşlı futbolçunun xəstəxanaya aparıldığı və həkimlərin nəzarətində olduğu yazılıb. Onun vəziyyəti barədə məlumat paylaşılacaq.
Qeyd edək ki, Luka Sanqalli bu mövsüm 6 oyunda "Real Sosyedad"ın formasını geyinib və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az