İspan futbolçu vətəndaşlığını dəyişdi

İspan futbolçu vətəndaşlığını dəyişdi

"Milan"ın futbolçusu Brahim Dias vətəndaşlığını dəyişib. 

Fanat.Az xəbər verir ki, o, Mərakeş millisində çıxış edəcək.  Bu barədə jurnalist Lino Bakko məlumat verib. 

Mənbənin məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi martda keçiriləcək təlim-məşq toplanışında mərakeşlilərə qoşulacaq.

Diasın İspaniyanın Malaqa şəhərində anadan olmasına baxmayaraq, onun valideynləri Mərakeş köklərinə malikdir. O, İspaniyanın U-17, U-19 və U-21 komandalarında çıxış edib, 2021-ci ildə isə bu ölkənin əsas komandasında 1 matça çıxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər