İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

İranın "İstiqlal" klubunun qapıçısı Hüseyn Hüseyni vətənində meydançaya qaçan azarkeşi qucaqladığına görə diskvalifikasiya edilib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Khabar Varzeshi" yayıb. 

Mənbənin məlumatına görə, bu, "Arak"la oyun zamanı baş verib. 

Meydançaya qaçan xanım azarkeşin 31 yaşlı qapıçını qucaqlamasının İslam qaydalarına zidd olduğuna qərar verilib. Hüseyni həmçinin, İran rialına (200 milyon) ekvivalent olan təxminən 4500 avro məbləğində cərimə ödəyəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər