İranlı futbolçu Türkiyə klubundan qaçdı

İranlı futbolçu Türkiyə klubundan qaçdı

İranlı futbolçu Türkiyə klubundan qaçdı"Çaykur Rizəspor"un iranlı futbolçusu Mehdi Taremi komandanın Avstriyadakı təlim-məşq toplanışını yarımçıq qoyub və ölkəsinə qayıdıb.

Fanat.az xəbər verir ki, Rizə təmsilçisi Mehdini bu yay "Perspolis" komandasından transfer etmişdi. 23 yaşlı hücumçu keçən mövsüm İran çempionatının ən məhsuldar futbolçusu olmuşdu. Məhz bu səbəbdən iranlı azarkeşlər onu və ailəsini təhdid edib, Türkiyə klubuna pula görə getdiyinə görə cəzalanacağıyla hədələyiblər. Təhdidlərdən çəkinən hücumçu ölkəsinə geri dönməyə qərar verib.

Komandasının Avstriyadakı düşərgəsini tərk edən Mehdi "Rizəspor"la 2 illik müqavilə imzalamışdı. Bu hüquqi sənədə əsaslanan Rizə klubunun rəhbərliyi FİFA-ya şikayət etməyə hazırlaşırlar.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər