İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu bəlli olub.

Fanat.Az xəbər verir ki, bu, "Mançester Siti"nin cinah hücumçusu Fil Fodendir.

O, Erlinq Holand ("Mançester Siti"), Aleksander İsak ("Nyukasl Yunayted"), Martin Edeqor ("Arsenal"), Koul Palmer ("Çelsi"), Deklan Rays ("Arsenal"), Vircil van Deyk ("Liverpul") və Oli Utkinsi ("Aston Villa") qabaqlayıb.

Qeyd edək ki, 23 yaşlı Foden bu mövsüm İPL-də 34 matça çıxaraq 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər