İPL-də noyabrın ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər açıqlandı

İPL-də noyabrın ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər açıqlandı

İngiltərə Premyer Liqasının rəsmi saytı noyabr ayının ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, bunlar Rahim Sterlinq ( "Çelsi"), Jeremi Doku ("Mançester Siti"), Harri Maquayr ("Mançester Yunayted"), Entoni Qordon ("Nyukasl"), Tomas Kaminski ("Luton") və Markus Tavernyerdir ("Bornmut").

Səsvermə dekabrın 6-na qədər davam edəcək. Azarkeşlərin səsləri futbol ekspertləri qrupunun rəyləri ilə birləşdiriləcək. Qalibin adı gələn həftə bilinəcək.

Xatırladaq ki, İPL-də ötən ayın ən yaxşı futbolçusu "Liverpul"un vingeri Məhəmməd Salah, ən yaxşı baş məşqçisi isə "Tottenhem"in çalışdırıcısı Angelos Postekoğlu olmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər