İntihar edən futbolçunun son mesajı

İntihar edən futbolçunun son mesajı

"Qaziantepspor"un çex futbolçusu Frantisek Raytoralın özünü öldürməsinin səbəbi aydınlaşır. Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçunun evində son mesajı tapılıb.

Məlumata görə, Türkiyə polisi futbolçunun evində tapdığı kağızın üzərində onun borclarını yazdığını aydınlaşdırıb. Frantisek Raytoralın sevgilisindən ayrıldığı üçün depresiyada olması ilə bağlı iddiaları da araşdıran polis hələlik heç bir fakt tapmayıb.

Çexiya mətbuatı isə futbolçunun vətənində "xroniki yorğunluq" və "tükənmişlik sindromu"ndan müalicə olunduğunu yazıb.

Qeyd edək ki, Frantisek Raytoral bu mövsümün əvvəlində "Viktoriya"dan "Qaziantepspor"a 500 min avroya transfer olunmuşdu. O, əvvəllər Çexiyanın "Marila", "Banik" və Almaniyanın "Hannorver" klublarında çıxış edib. 31 yaşlı oyunçu Çexiya millisində 14 oyun keçirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər