Bir neçə gün əvvəl intihar edən "Qaziantepspor"un çex futbolçusu Frantisek Raytoralın keçmiş sevgilisi həmını duyğulandıran paylaşım edib. Fanat.Az xəbər verir ki, Petra Hruskova onu heç vaxt unutmayacağını bildirib:
"Sən möhtəşəm insan idin. Böyük bir qəlbin var idi. Səni tanıyan hər kəs bunu bilirdi. Səni əsla unutmayacam".
Qeyd edək ki, Frantisek Raytoralın sevgilisindən ayrıldığı üçün intihar etdiyi deyilirdi.



Fanat.Az