İngiltərənin futbol ənənəsi - "Boksinq dey" nədir?

İngiltərənin futbol ənənəsi - "Boksinq dey" nədir?

İngiltərə Premyer Liqasında "Boksinq Dey" dekabrın 26-da - Katolik Milad bayramından bir gün sonra sıx qrafiklə keçirilən oyunlardır. Matçlar adətən Premyer Liqanın 19-cu turuna təsadüf edir. 

Fanat.Az xəbər verir ki, bu il də "Boksinq Dey" məhz 19-cu tura təsadüf edəcək.

Turun açılış oyununda "Liverpul" ilə "Lids" komandaları üz-üzə gələcək. Bu ərəfədə klubların üzərinə xüsusi yük düşür. Məsələn, "Uotford" 7 gün ərzində (26, 28 dekabr və 1 yanvar)  3 matç keçirəcək. 

2022-ci ilin ilk 5-ci saatında isə ən baxımlı oyunlardan birində "Arsenal" və "Mançester Yunayted" qarşılaşacaq.

Oyunların qrafikinin sıx olması görüşlərin hesablarına da təsir edir: 

İngiltərənin futbol ənənəsi - "Boksinq dey" nədir?

Qqrafikin belə sıx olmasına bir çox futbol mütəxəssisi fərqli münasibət bildirib. 

"Liverpul" baş məşqçisi Yurgen Klopp bunu "dəlilik" adlandırıb. 

"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand isə bunu "İngiltərənin futbol ənənəsi" adlandırıb və etiraz edənlərə "Kimin xoşuna gəlmirsə, İPL-də iştirak etməsin" deyib.

Qeyd edək ki, daha öncədən "Boksinq dey" futbola aid olmayıb və Milad bayramı münasibəti ilə "hədiyyələr günü" ("Box" hədiyyə qutusu anlamına gəlir) kimi xarakterizə olunurdu. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər