İngiltərədə qalmaqal: Futbolçu cinsi istismara görə həbs olundu

İngiltərədə qalmaqal: Futbolçu cinsi istismara görə həbs olundu
"Everton" klubunun heyətində yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarda şübhəli bilinən futbolçu nəzarətə alınıb.
 
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, yerli polislər futbolçunun üzərində axtarış aparıb və onun bəzi əşyalarını müsadirə edib.
 
İctimaiyyətə adı açıqlanmayan oyunçu istintaq başa çatmayınca kluba qoşula bilməyəcək. 
Faktla bağlı hazırda araşdırma aparılır. 
Qeyd edək ki, ötən həftənin cümə günü də Premyer Liqa klublarından birinin futbolçusu Mançester şəhərində həbs olunmuşdu.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər