İngiltərədə qalmaqal: Futbolçu kokain satarkən yaxalandı

İngiltərədə qalmaqal: Futbolçu kokain satarkən yaxalandı

İngiltərədə futbolçunun kokain alverinə qurşanması qalmaqala səbəb olub.

Fanat.Az xəbər verir ki, aşağı liqa klubu "Bedford Taun"un futbolçusu Rori Makauley yarım kiloqram "birinci dərəcəli narkotik"lə həbs edilib. 

31 yaşlı Makauley kokain saxlamaqda və ticarətində günahını etiraf edib. Onu 11 il həbs cəzası gözləyir.

Prokuror Stiven Spens Norviç məhkəməsinə çıxarılan futbolçunun əvvəllər narkotik alveri ilə məşğul olduğunu göstərən mesajlar tapıldığını bildirib. Makauley ilə birlikdə dostları İsmayıl Tompson və Endryu Uolles də müttəhim kürsüsünə çıxarılıb.

Hakim Entoni Beyt hökmü martın 24-də elan edəcək. Futbolçuya gəlincə, o, bütün idman yarışlarından kənarlaşdırılıb və cəzasını gözlədiyi müddətdə futbolla bağlı fəaliyyəti qadağan olunub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər