İngiltərə nəhəngi ukraynalı futbolçusuyla bağlı qərarını verdi

İngiltərə nəhəngi ukraynalı futbolçusuyla bağlı qərarını verdi

"Mançester Siti" ukraynalı müdafiəçisi Aleksandr Zinçenko barədə yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, bunu jurnalist İqor Burbas açıqlayıb:

"Mançester Siti" Zinçenkonu heyətdə saxlamaq niyyətindədir. Onun satılması gündəmdə deyil. Düzdür, mətbuatda "şəhərlilər"in Aleksandra görə müxtəlif təkliflər aldığı barədə informasiyalara rast gəlirik. Ancaq dəqiq olan budur ki, Zinçenko heç yerə getməyəcək".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər