İngiltərə nəhəngi AÇ-2024-də 1 dəqiqə oynamış futbolçunu istəyir

İngiltərə nəhəngi AÇ-2024-də 1 dəqiqə oynamış futbolçunu istəyir

"Nyukasl Yunayted"in və İngiltərə millisinin hücumçusu Entoni Qordon iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.

Xəbərə görə, onun xidmətində "Livepul" maraqlıdır. Mənbə maliyyə feyr-pleyi ilə bağlı öhdəlikləri yerinə yetirməli olan "sağsağanlar"ın Qordonun satışından qazanmaq variantına müsbət yanaşdıqlarını vurğulayıb.

Xatırladaq ki, sözügedən oyunçu İngiltərə yığmasının forması ilə Almaniyada keçirilən Avropa çempionatında 1 matçda meydana çıxıb. O, qitə birinciliyinin qrup mərhələsinin 3-cü turunda Sloveniyaya qarşı 1 dəqiqə oynayıb. 23 yaşlı Qordonun "Nyukasl"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər