İngiltərənin Premyer Liqa klubları futbolçularını sentyabrdakı milli matçlar üçün "qırmızı siyahı"da olan ölkələrə buraxmayacaq.
Fanat.Az xəbər verir ki, bunu İPL-in direktoru Riçard Masters deyib:
"İPL klubları öz oyunçularının öz ölkələrinin milli formalarını geyinmək arzusunu həmişə dəstəkləyiblər. Bu, hamı üçün qürur mənbəyidir. Ancaq indiki durumda vəziyyət fərqlidir. Könülsüz də olsa, klublar ən uyğun qərarı veriblər. Belə vəziyyətdə futbolçuları həmin ölkələrə buraxmamaq ən yaxşı çıxış yoludur".
Qeyd edək ki, ümumilikdə 26 ölkə Britaniya hakimiyyəti tərəfindən "qırmızı siyahı"ya salınıb. Həmin ölkələrə gedən şəxslər geri qayıdandan sonra koronavirus pandemiyası üzündən 10 gün karantində qalmalıdır.
Nihat