İngilis klubu rus futbolçu ilə bağlı təbrik paylaşımını sildi

İngilis klubu rus futbolçu ilə bağlı təbrik paylaşımını sildi

Londonun “Arsenal” klubu ötən gün 42 yaşı tamam olan sabiq futbolçusu, Rusiya millisinin keçmiş üzvü Andrey Arşavini təbrik edib.

Fanat.Az xəbər verir ki, "topçular" “Twitter”dəki paylaşımında rus futbolçunun "Enfild"də  "Liverpul"la matçda tarixi pokerini nümayiş etdirən videonu da yayımlayıb. Halbuki, Arşavindən sonra heç kim "Enfild"də poker edə bilməyib.

İngilis klubu rus futbolçu ilə bağlı təbrik paylaşımını sildi

Bununla belə, "Arsenal" 8 saat sonra təbrik paylaşımını silib. Klubun bu addımı birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Arşavin 2009-2013-cü illərdə "Arsenal"da çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər