İngiltərə millisinin və "Brentford"un hücumçusu Ayvan Touni futboldan kənarlaşdırılıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı forvard idman oyunlarına mərc etdiyi üçün 8 ay müddətinə diskvalifikasiya olunub.
Təcrübəli futbolçu, həmçinin, 50 000 funt sterlinq məbləğində cərimə də ödəyəcək.
Touni 2017-ci ilin fevralından 2021-ci ilin yanvarınadək ümumilikdə 232 qayda pozuntusuna yol verib.
Diskvalifikasiya müddəti 2024-cü il yanvarın 16-da başa çatacaq. Klub və oyunçu qərardan apellyasiya şikayəti vermək hüququna malikdir.
Touni bu mövsüm "Brentford"un heyətində 35 oyun keçirib, 21 qola imza atıb.