"Mançester Yunayted"in müdafiəçisi Lük Şou AVRO-2020-nin çox hissəsini qabırğası sınıq halda oynayıb.
Fanat.Az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu Almaniya millisi ilə 1/8 final oyununda (2:0) qabırğasından ağır zədə alıbmış.
Ancaq bu, müdafiəçinin AVRO-2020-nin növbəti oyunlarına çıxmasına mane olmayıb. 26 yaşlı Şou 1/4 finalda 2 məhsuldar ötürmə verdiyi Ukrayna, 1/2 finalda Danimarka və millisinin yeganə qolunu vurduğu İtaliya ilə matçlarda zədəli vəziyyətdə mübarizə aparıb.
Qeyd edək ki, "Mançester Yunayted" rəhbərliyi vəziyyətin qiymətləndirilməsi üçün tətildən sonra Şounun dərhal klubun düşərgəsinə gəlməsini tələb edib.
Emin Şəmsiyev